Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

arus BTQ və “Şimal-Cənub” layihələrinə qoşulmaqda maraqlı

“Belarusun dəmir yolu xəttinin “Şimal-Cənub” layihəsinə qoşulması ilə əlaqədar bir sıra danışıqlar aparmışıq. Biz həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaqda maraqlıyıq”. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib. “Bu, Azərbaycan üçün də çox müsbət olardı. Azərbaycan ciddi haba çevrilir. Avropa istiqamətində hab olan Belarus da bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır”, – səfir bildirib. Onun sözlərinə görə, böyük nəqliyyat yolu – Böyük İpək Yolu vasitəsilə Belarusdan üç min konteyner qatarı keçib, gələn il bu sayı 1,5 dəfə artırmaq nəzərdə tutulub. G.Axramoviç vurğulayıb ki, Belarus öz məhsullarını İrana Xəzər dənizi vasitəsilə çatdırır, lakin “Şimal-Cənub” layihəsinə qoşulmaqla çatdırılmaları dəmir yolu vasitəsilə də həyata keçirmək olacaq. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır