• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

class="entry-title">Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında yer alıb, Ermənistan siyahıdan çıxarılıb

Amerikanın “HowMuch” reytinq agentliyi dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır. 

Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər.

Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr hansılardır? Əvvəlki kimi birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmtəə ixrac edib.

ABŞ ikinci yerdədir. Bu ölkə içki və qida da daxil olmaqla ərzaq məhsulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası ixrac edir – 1,7 trilyon dollar.

O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumilikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər.

Almaniya siyahıda üçüncü (1,6 trilyon dollar), Yaponiya dördüncü  (738 milyard dollar) yerdədir. Gözlənilmədən siyahıda beşliyi Niderland tamamlayıb (723 milyard dollar).

Minimal ixrac dövriyyəsi olan ölkələr – Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb.

Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Siyahıda aşağıdakı ölkələr də yer alıblar: Rusiya (444 mlrd. dollar), Belarus – 34 mlrd., Qazaxıstan – 61 mlrd., Ukrayna – 47 mlrd., Türkiyə – 168 mlrd., Türkmənistan – 10 mlrd., İran – 108 mlrd., Özbəkistan – 11 mlrd., Latviya – 16 mlrd., Litva – 33 mlrd. və Estoniya – 17 mlrd. dollar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır