Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

üzrə ilk rəsmi qatar reysi Bakıdan başlan

Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçəcək ilk rəsmi qatar reysi 30 oktyabrda Bakıdan başlanacaq. Bu barədə Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan məlumat verib.  Nazirlikdə keçirilən Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) Nəqliyyat və OMSAN Loqistik səhmdar şirkətləri arasında lokomotiv və vaqon icarəyə götürmə əməkdaşlıq protokolunun imzalama mərasimində çıxış edən Əhməd Arslan bildirib ki, dəmir yolu xəttində testlər davam edir. “Son və əsas mərhələyə gəlmişik. Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan rəsmilərinin iştirakı ilə 30 oktyabrda Bakıdan ilk rəsmi qatar səfərinə başlanılacaq. Qatar Qarsa qədər gələcək. Sonra buradan yükü hara aparmaq istəsələr, buyursunlar, istər Aralıq dənizi olsun, istər ölkəmizin ən qərb ucuna, istərsə də Avropaya. Beləliklə, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmən açılmış olacaq”-deyə, nazir əlavə edib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır