Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

mal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazım

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiryolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var.  “Financial Tribune” qəzetinin xəbərinə görə, bunu İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi bildirib. “Bu, böyük və bahalı layihədir. Həmin dəmir yolu Çabahar bölgəsində başlayır və Zahedan), Zabul və Bircəndə kimi uzanır. Bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işini aktivləşdirəcək”, – deyə nazir əlavə edib. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmiryolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır