Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

n Zhiyonq: Bakı Limanı “Bir kəmər – bir yol” beynəlxalq nəqliyyat layihəsində mühüm yer t

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Çen Zhiyonq və iş adamlarından ibarət nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Limandan AZƏRTAC-a bildirilib ki, Çin nümayəndə heyətinin səfərin əsas məqsədi limanla yaxından tanış olmaq və gələcək əməkdaşlıq sahələrini müzakirə etməkdir. Limanla tanışlıq zamanı onlara liman və onun ətrafında qurulmaqda olan Azad Ticarət Zonası barədə ətraflı məlumat verilib. Qonaqlar limanın ərazisi ilə əyani olaraq tanış olaraq bərə terminalına da baxış keçiriblər. Çen Zhiyonq “Bir kəmər – bir yol” beynəlxalq nəqliyyat layihəsində Bakı Limanının mühüm yer tutduğunu və bu layihənin icrasında Bakı Limanından istifadə etməkdə maraqlı olduqlarını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır