Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

nin əsas ticarət mərkəzinin nümayəndələri Bakı Limanında olu

Çin Xalq Respublikasının ən böyük ticarət və logistika mərkəzlərindən biri Siçuan vilayətinin paytaxtı Çenqdu şəhərinin liman və hava limanı rəsmiləri Ələt qəsəbəsində yerləşən  Bakı Limanı və şəhər mərkəzindəki Əsas Yük Terminalında olublar. Çenqdu Bələdiyyə Liman və Logistik Mərkəzin direktoru Jonqveyi Çenin rəhbərlik etdiyi nümayəndə heyətinə məlumat verilib ki, yeni Bakı Limanı “Bir Kəmər, Bir Yol” beynəlxalq nəqliyyat dəhlizində mühüm yer tutur . Qonaqların  diqqətinə çatdırılıb  ki, inşasının 1-ci fazasının bitməsi ilə Limanın yükaşırma qabiliyyəti 15 milyon ton olacaq. Tikintinin ikinci və üçüncü fazaları yekunlaşandan sonra isə Liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner qəbul edə biləcək.  Çinli qonaqlara Azad Ticarət Zonası barədə də məlumat verilib. Qeyd olunub ki,  zonanın fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində işləri aparmaq üçün cənab Prezident İlham Əliyevin 31 may 2017-ci il sərəncamı ilə  xüsusi işçi qrupu yaradılıb. İlin sonuna kimi layihə Milli Məclisə təqdim olunacaq.  Çenqdu Bələdiyyə Liman və Logistik Mərkəzinin direktoru Jonqveyi Çen bildirib ki, onların həm Bakı Limanının 1-ci fazasının inşasının sona çatmasından, həm də ATZ-dən böyük gözləntiləri var: “Ələtdə Azad Ticarət Zonasının mövcudluğu, Bakının beynəlxalq “hub”a çevrilməsi Azərbaycan iqtisadiyyatına təsir edəcək. Bu, Azərbaycanın neft-qaz sənayesindən kənar digər sənayelərin inkişafında da mühüm rolu oynayacaq. Jonqveyi Çen Bakı Limanına gələn yüklər arasında Çindən gələn yüklərin toplanması və paylanmasının  çoxluq təşkil edəcəyinə də  ümüdvar olduğunu deyib.  Xatırladaq ki, Siçuan vilayətinin paytaxtı Çenqdu şəhəri dünya şöhrətli UPS, TNT, DHL və Maersk kimi şirkətlərin, Çinin  iri logistik nəhəngləri COSCO, CSCL, SINOTRANS, CRE kimi qurumların əsas ticarət mərkəzi sayılır. Burada yaradılan yüksək texnologiyaların inkişafı zonasında IBM, Dell, Cisco, Nokia, SAP, Siemens, Canon, HP, Xerox, Microsoft və sair şirkətlər fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır