Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

viya tranzit sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı

Latviyanın rabitə naziri Uldis Auqulis Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüş zamanı ölkələrimizin tranzit sahəsində əməkdaşlığının möhkəmləndirilməsi imkanlarını müzakirə edib. U.Aqulis qeyd edib ki, ölkəsi  son illərdə Avrasiya dəmir yolu daşımalarının inkişafında fəal iştirak edib. Ötən il Latviyadan Çinə konteyner qatarı təşkil edilib, bu il isə Latviyadan Çinə daşımalar başlanıb. Nazir deyib: “Hesab edirəm ki, biz dəmir yolu xətlərini inkişaf etdirərək, bu konteksdə Azərbaycan ilə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik, çünki həm “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həm də Yeni İpək Yolunun tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya dəhlizi Azərbaycandan keçir. “Şimal-Cənub” dəhlizinin inkişafı isə İran, Hindistan və Baltik ölkələri arasında dəmir yolu nəqliyyatını nəzərdə tutur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır