Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

nub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bi

Cənub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər. Məqsəd Azərbaycanın təbii coğrafi mövqeyindən istifadə edərək beynəlxalq yüklərin ölkəmizin ərazisindən keçərək daşınmasına nail olmaqdır. İnanırıq ki, bununla Azərbaycanın beynəlxalq nüfuzunu və iqtisadi imkanlarını daha da artacaq. Bu sözləri  Azərtac-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov deyib. O bildirib ki, yaxın vaxtlarda Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb.  “Polşanın daxilində, Slavkov deyilən ərazidə bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yol üzərindən 72 milyon tona yaxın yük daşınır. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır”- Cavid Qurbanov əlavə edib. Onun sözlərinə görə, Astaradan Slavkoya olacaq yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Bu yol həm də, yaxın və təhlükəsizdir”. “Yeni yol, eyni zamanda, Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu, həm də, 14-cü dəhliz ola bilər”, – deyə C.Qurbanov vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır