Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

rbaycan yeni nəqliyyat dəhlizinin və logistik mərkəzlərin yaradılmasında fəal rol oyna

Bu gün Avropa ilə Asiya arasında yüklərin tez və təhlükəsiz daşınması üçün yeni nəqliyyat dəhlizinin və logistik mərkəzlərin yaradılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan beynəlxalq daşınmalar üçün yeni nəqliyyat dəhlizinin və logistik mərkəzlərin yaradılmasında çox fəal rol oynayır. Bu sözləri  Azərtac-a müsahibəsində “Gürcüstan Dəmir Yolları” ASC-nin baş direktoru Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Gürcüstan regionun inkişafı, təhlükəsizliyin təmin olunması, yeni nəqliyyat dəhlizlərinin və logistik mərkəzlərin yaradılması üçün mühüm işlər görürlər. Burada Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Bu günlərdə Tbilisidə Azərbaycan, Gürcüstan və İranın dəmir yolu rəhbərlərinin iştirakı ilə görüş oldu. Biz yeni logistik mərkəzlərin və nəqliyyat dəhlizinin açılması ilə bağlı çox mühüm məsələləri müzakirə etdik, yeni qərarlar qəbul etdik. Müzakirələrimizi Hindistanda davam etdirəcəyik. Bu gün Azərbaycan, İran və Gürcüstan Avropadan yüklərin Hindistana və digər ölkələrə daşınması üçün yeni bir dəhliz təklif edir. İnanırıq ki, Astara-Astara dəmir yolunun, Azərbaycanda, Gürcüstanda və İranda yeni logistik mərkəzlərin tikintisi vaxtında başa çatdırılacaq və biz, qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Mamuka Baxtadze deyib: “Azərbaycanın və Gürcüstanın birgə reallaşdırdıqları regional infrastruktur layihələri təkcə bu iki dövlətin iqtisadi inkişafına və ya təhlükəsizliyinə deyil, Avropa ilə Asiya arasında əlaqələrin, ticarət dövriyyəsinin genişlənməsinə, insanların rifah halının yaxşılaşmasına və sülhə xidmət edir”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır