• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

zəryanı dövlətlər nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edir

Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq nazirlik və qurumlarının rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin ikinci iclası işinə başlayıb. “Turkmenportal”-ın xəbərinə görə, iclası Türkmənistanın Xarici İşlər Nazirliyi, Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti və Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi birgə  təşkil  edib.  Gündəlikdə duran əsas məsələ Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq sazişi layihəsinin detallarının razılaşdırılmasıdır. Cari görüş Türkmənistan tərəfinin təklif etdiyi Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq sazişinin ekspert qiymətləndirməsini özündə ehtiva edir. Yeni norma və qaydalar Xəzəryanı dövlətlər arasında yük və sərnişin daşımalarının nizama salınması, infrastrukturun inkişafı, bütün iştirakçıların maraqlarına uyğun gələcək aydın hüquqi qaydaların təsdiqlənməsi  üçün nəzərdə tutulub. Xəzər regional nəqliyyat-logistik mərkəzinin yaradılmasını nəzərdə tutan Xəzəryanı dövlətlərin nəqliyyat sahəsində əməkdaşlıq sazişi layihəsinin işlənib hazırlanması həm sahilyanı ölkələr arasında, həm də onların dünya bazarlarına çıxışı baxımından ticari-iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri açacaq Xəzər dənizinin potensialından maksimum istifadəyə yönəlib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır