• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

miçiliyin nümayəndəsi Pekində təqdimatla çıxış edib-

Fevralın 28-də Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə “Transxəzər – Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.    Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyilə baş tutan forumda  Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev forumda təqdimatla çıxış edib. O,  Gəmiçiliyin donanması, Xəzərdə onun əhəmiyyəti, bölgədə həyata keçirilən irimiqyaslı layihələr, Şərq-Qərb daşımalarında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bərə donanmasının mühüm rolundan danışıb. Forum iştirakçılarına Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək   2 yeni Ro-Pax tipli unikal gəmi-bərələr  haqqında  məlumat verilib. Gəmiçilik rəsmisinin təqdimatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan konteynerlər, onların həcmi və proqnozlaşdırılan yük artımına da xüsusi diqqət yetirilib. Maraqla qarşılanan təqdimatdan sonra B2B formatında   danışıqlar aparılıb, gələcək  biznes imkanları müzakirə edilib. Forum zamanı  Azərbaycan nümayəndə heyətinin üzvləri, təşkilatçı  olan digər ölkələr, habelə Çinin nümayəndələri də təqdimatlarla çıxış ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır