Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Türkiyə limanları ilə 24 milyon tondan çox inşaat materialı daşınıb

Bu ilin yanvar-avqust ayında Türkiyə limanlarından 24 milyon 553 min 908 ton inşaat materialı daşınıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, yükün 1 milyon 342 min 307 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 23 milyon 211 min 601 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar-avqust ayında Türkiyə limanlarından tranzit olaraq 5 min 716 ton inşaat materialı daşınıb”- deyə nazirlikdən bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır