Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Dəniz nəqliyyatı Aİ-nin xarici ticarətində lider mövqedədir

Avropa İttifaqının (Aİ) 2024-cü ildə xarici ticarətində əsas yükdaşımalar dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

"Seanews.az" "Eurostat"-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən il Aİ-yə qeyri-Aİ ölkələrindən 1,1 milyard ton yük dəniz yolu ilə idxal olunub. Bu yüklərin ümumi dəyəri 1 trilyon 251 milyard avro təşkil edib. Eyni dövrdə 0,5 milyard ton yük dəniz nəqliyyatı ilə ixrac olunub və bunun dəyəri 1 trilyon 126 milyard avro olub.

Ümumi göstəricilərə görə, dəniz daşımaları idxal olunan yüklərin 75,6 faizini, ixrac olunan yüklərin isə 73,7 faizini təşkil edib. Dəyər baxımından isə dəniz nəqliyyatı idxalda 51,3 faiz, ixracda isə 43,6 faiz paya sahib olub.

Digər nəqliyyat vasitələrinin payı xeyli aşağı olub. Dəmir yolu ilə daşımaların həcmi idxalda 3,1 faiz, ixracda 2,9 faiz, hava nəqliyyatında isə müvafiq olaraq 0,2 və 2,8 faiz təşkil edib. Bununla belə, hava daşımalarının dəyəri idxalda 18,3 faiz, ixracda isə 27,1 faizlə diqqət çəkib. Avtomobil nəqliyyatı isə idxalda 20,4 faiz, ixracda 24 faiz dəyərə malik olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır