Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Dünya üzrə konteyner daşımalarının 41 faizi boş aparılır

Dünyada boş konteynerlərin daşınma payı artmaqda davam edir.

"Seanews.az" xəbər verir ki, bu barədə Danimarkanın “Sea-Intelligence” konsaltinq şirkətinin yeni təhlilində bildirilir. 

Mütəxəssislərin hesablamalarına görə, hazırda konteyner daşımalarının 41 faizi boş konteynerlərin daşınmasına düşür. Şirkətin həftəlik hesabatında qeyd olunub ki, hazırkı vəziyyət belədir: hər 10 mil dolu konteyner daşınırsa, 4,1 mil də boş konteyner daşınmasına ehtiyac yaranır. Bu göstərici pandemiyadan əvvəl – 2019-cu ildə 3,1 mil idi. Son beş ildə davamlı artım müşahidə olunub, yalnız 2022-ci ildə qısa müddətli azalma qeydə alınıb.

Boş konteynerlərin yaratdığı problemlərə toxunan Pakistanın Karaçi şəhərində fəaliyyət göstərən “Acumen Freight Solutions” logistika şirkəti sosial şəbəkədə paylaşımında qeyd edib ki, ticarət axını ölkələr arasında nadir hallarda balanslı olur.

Mütəxəssislərin sözlərinə görə, Asiya limanlarında yüksək ixrac həcmlərinə görə tez-tez boş konteyner qıtlığı müşahidə olunur, Şimali Amerika və Avropa limanlarında isə əksinə idxalın çoxluğu səbəbindən artıq konteynerlər toplanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır