

Şanxay ilin ilk yarısında dünyanın ən işlək konteyner limanı statusunu qoruyub
Şanxay Limanı 2025-ci ilin ilk altı ayında dünyanın ən böyük konteyner limanı mövqeyini qoruyaraq 27,065 milyon TEU konteyner dövriyyəsi həyata keçirib.
"Seanews.az" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artım deməkdir. Limanın Yanşan (Yangshan) sahəsində konteyner dövriyyəsi 14,056 milyon TEU təşkil edib ki, bu da 7,5 faiz artım və ümumi dövriyyənin 51,9 faizi deməkdir.
Cari ilin ilk yarısında Şanxay Limanı 297 milyon ton yük dövriyyəsinə nail olub. Bu, illik müqayisədə 1,2 faiz artım deməkdir. Həcm baxımından əsasən ümumi və toplu yüklərin daşınmasında azalma qeydə alınıb. Belə ki, bu kateqoriyada daşımalar 40,193 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünə görə 8,9 faiz azalma deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır