Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-06,
Seanews
Heyder Eliyev

Qvandjou limanının konteyner dövriyyəsi artıb

Çinin ən böyük daxili ticarət konteyner limanı olan Qvandjounun 2025-ci ilin ilk yarısında yük və konteyner dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb.

"Seanews.az" xəbər verir ki, hesabat dövründə limanın ümumi yük dövriyyəsi 287 milyon ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur. Konteyner dövriyyəsi isə 13,4 milyon TEU-ya çataraq 9,5% artım nümayiş etdirib. Şirkətin ümumi əməliyyat gəlirləri 6,909 milyard yuan, xalis mənfəəti isə 853 milyon yuan olub.

Liman rəhbərliyi bildirib ki, Nanşa liman bölgəsinin inkişaf imkanlarından fəal yararlanmaq, marşrut şəbəkəsini optimallaşdırmaq və terminalların səmərəliliyini artırmaq konteyner dövriyyəsində davamlı yüksəlişini təmin edib.

İlk altı ay ərzində xarici ticarət konteynerlərinin payı ümumi göstəricinin 50 faizindən çoxunu təşkil edib. Bu müddətdə 7 yeni xarici ticarət marşrutu əlavə olunub və ümumi marşrutların sayı 224-ə çatıb, onların 179-u beynəlxalq marşrutlardır. Xarici ticarət konteynerlərinin həcmi 6,898 milyon TEU olub ki, bu da 21,4% artım deməkdir. Nanşa liman bölgəsi isə 25,5%-lik artım göstəricisi ilə Çinin digər iri sahil limanlarını qabaqlayıb.

Xarici ticarət üzrə ayrı-ayrı yüklərin göstəricilərində də fərqlər müşahidə olunub. Kömür ixracı 18,6%, polad 226,1%, kommersiya avtomobilləri isə 4,9% artıb. Bununla yanaşı, makroiqtisadi şərtlər, sənaye siyasətində dəyişikliklər və daxili tələbin zəifləməsi səbəbindən taxıl ixracı 4,5%, sellüloza 10,9%, qum-çınqıl isə 18,3% azalıb.

Dəniz-dəmir yolu birgə nəqliyyatında da əhəmiyyətli artım olub. Hesabat dövründə bu göstərici 315 min TEU təşkil edib ki, bu da illik müqayisədə 23% çoxdur. Hazırda 39 birgə nəqliyyat marşrutu fəaliyyət göstərir, əlavə olaraq 37 daxili liman və ofis yaradılıb.

Qvandjou limanı bu gün Çinin milli nəqliyyat sistemində əsas logistika mərkəzi, Guandonq vilayətində enerji resursları və xammal üçün aparıcı tranzit limanı, həmçinin Afrika istiqamətində əsas beynəlxalq marşrut mərkəzi kimi çıxış edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır