

Valensiya limanının konteyner dövriyyəsi artıb
İspaniyanın Valensiya limanının konteyner dövriyyəsində artım qeydə alınıb.
"Seanews.az" xəbər verir ki, yanvar-iyul aylarında limanda 3,26 milyon TEU konteyner işlənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Təkcə iyul ayında limanın konteyner dövriyyəsi 492,874 TEU-yə bərabər olub. Bu, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,9% artım deməkdir.
Son 12 ay ərzində Valensiya Liman İdarəsinin (PAV) nəzarətindəki terminallarda 5,6 milyon TEU konteyner aşırılıb, bu da illik müqayisədə 8,4% artımdır.
Ümumilikdə, yanvar-iyul aylarında limanda 47,75 milyon ton yük idarə olunub.
İyul ayında Valensiya limanında ixrac yükləri 3,53% artıb, idxal 17,52% yüksəlib, tranzit yüklər isə 2,23% azalıb.
Bundan əlavə, 2025-ci ilin əvvəlinə qədər liman 1,22 milyon ton yükü dəmir yolu ilə daşıyıb ki, bu da 131,795 TEU-ya bərabərdir.