

Vyetnam liman operatoru Yaponiyadan 22 konteyner kranı sifariş edib
Yaponiyanın “Mitsui E&S” şirkəti Vyetnamın “Petro Vietnam Phuoc An Port Investment & Operation” (PAP) şirkətindən 22 konteyner kranı sifarişi alıb. Kranlardan 11-i STS tipli “Mitsui-Paceco Portainer”, 11-i RTG tipli “Mitsui-Paceco Transtainer” olacaq.
"Seanews.az" xəbər verir ki, bu müqavilə həm Mitsui şirkəti, həm də Vyetnam üçün indiyə qədər imzalanmış ən böyük kran sifarişi olub.
Yeni müqavilə ilə birlikdə PAP şirkətinin ümumi kran sifarişinin sayı 56-ya çatıb.
Son 10 ildə "Mitsui E&S" Vyetnama 170-dən çox konteyner kranı tədarük edərək bu bazarda lider mövqeyini qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır