Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-14,
Seanews
Heyder Eliyev

Panama kanalında konteyner və LPG daşımalarında artım qeydə alınıb

Panama kanalında son aylarda konteyner və mayeləşdirilmiş neft qazı (LPG) daşımalarında artım qeydə alınıb.

"Seanews.az" xəbər verir ki, bu barədə kanal administrasiyasının rəhbəri Ricaurte Vasquez bildirib. 

Məlumata əsasən, 2024-cü ilin sonlarında qlobal iqlim dəyişikliklərinin təsiri ilə Panama kanalındakı su səviyyəsinin aşağı düşməsi nəticəsində bəzi məhdudiyyətlər tətbiq olunmuşdu. Lakin 2025-ci ilin ilk yarısında konteyner və LPG seqmentində daşımaların artması tranzit fəaliyyətində canlanma yaradıb.

Qeyd olunur ki, hazırda kanal gündəlik keçid sayını artırmaq məqsədilə yeni layihələr həyata keçirir. Bunlardan biri də 1,6 milyard ABŞ dolları dəyərindəki genişləndirmə layihəsidir. Sözügedən layihə çərçivəsində əlavə su anbarlarının tikintisi və keçid imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bunun nəticəsində kanalın bəzi seqmentlərində gündəlik tranzit sayı 15 vahidədək artırıla bilər.

Kanal rəhbərliyi, eyni zamanda, LPG daşımalarının sabitliyini qorumaq məqsədilə boru xətti infrastrukturu üzrə tender elan etməyə hazırlaşır. Bu təşəbbüs, xüsusilə Yaponiyaya yönələn enerji daşımalarının fasiləsizliyini təmin etmək məqsədi daşıyır.

Analitiklər bildirirlər ki, son bərpa meyilləri və həyata keçirilən infrastruktur layihələri Panama kanalının qlobal dəniz ticarətində strateji mövqeyini gücləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır