

Bu ilin yanvar-aprelində Nyu-York və Nyu-Cersi limanlarında 2,9 milyon TEU işlənib
2025-ci ilin aprel ayında Nyu-York və Nyu-Cersi (ABŞ) limanlarında 751,19 min TEU işlənib ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 6% çoxdur.
“Seanews.az” xəbər verir ki, cari ilin yanvar-aprel aylarında isə limanda ümumilikdə 2,9 milyon TEU işlənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Nyu-York və Nyu-Cersi birləşmiş limanı Şərq sahilində ən böyük və ölkənin üçüncü ən böyük yükaşırma müəssisəsidir. Limanın altı terminalı və yanalma körpülərində ən müxtəlif yüklər aşırılır.
1921-ci ildə əsası qoyulan liman iki ştatın mühüm nəqliyyat aktivlərini (hava limanları, yollar, dəmir yolları və limanlar) tikir, idarə edir və onlara xidmət göstərir.
Qeyd edək ki, Liman idarəsi tikinti layihələrini öz vəsaitləri və kreditlər hesabına maliyyələşdirir.