Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Çin limanlarında yükdaşıma həcmi artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Çin limanlarında ümumilikdə 5,75 milyard ton yük daşınıb, konteyner dövriyyəsi isə 110 milyon TEU təşkil edib.

"Seanews" xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7 faiz və 7,9 faiz artım deməkdir. Xüsusilə apreldə, ABŞ ilə tarif qarşıdurmasının təsirlərinin hiss olunmasına baxmayaraq, daşınan yük həcmi keçən ilin aprelinə nisbətən 4,8 faiz artıb.

Ekspertlərin fikrincə, bu dinamika Çin iqtisadiyyatının xarici ticarət təzyiqlərinə, xüsusilə ABŞ prezidenti Donald Trampın tarifləri artırmaqla yenidən alovlandırdığı ticarət gərginliyinə qarşı dayanıqlılığını göstərir.

Xatırladaq ki, Çin 2025-ci ilin aprel ayında ixracını da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır