Hyuston limanındakı bütün terminallarda ümumi yük aşırılması 2025-ci ildə 18 milyon ton olub
Bu ilin aprelində ABŞ-nin Hyuston limanında dövlətə məxsus terminallarda 387,5 min TEU aşırılıb ki, bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 20% çoxdur.
“Seanews.az” xəbər verir ki, liman administrasiyasının hesabatında belə deyilir.
2025-ci ilin yanvar-aprel aylarında konteynerlərin aşırılması 4% artaraq 1,45 milyon TEU təşkil edib.
316,5 min TEU (+19%) yüklənmiş konteynerl işlənib. Eyni zamanda, idxal konteynerlərinin aşırılması 2024-cü ilin aprel ayı ilə müqayisədə 21%, ixrac konteynerlərinin aşırılması isə 16% artıb.
Limanın çoxməqsədli terminallarında idxal olunan poladın aşırılması bir ayda 40%, ilin əvvəlindən isə 17%, ümumi yükaşırmaların həcmi isə yanvar-aprel aylarında 18% artıb.
Hyuston limanındakı bütün terminallarda ümumi yük aşırılması 2025-ci ildə 3% artaraq aprelin sonuna kimi 18 milyon ton olub.
Qeyd edək ki, “Houston Ship Channel” liman kompleksində 200-dən çox özəl və dövlətə məxsus 8 terminal var.