Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

Hedland limanının yük dövriyyəsi artıb

2025-ci ilin yanvar-aprel aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 1% artaraq 183 milyon tona çatıb.

“Seanews.az” xəbər verir ki, limanda dəmir filizi, manqan filizi və duz aşırılıb. Dörd ayda liman vasitəsilə əsasən Çinə 180 milyon tona yaxın dəmir filizi ixrac edilib.

2025-ci ilin birinci rübündə isə Hedland limanında 135,5 milyon ton (+1,8%)  yük aşırılmışdı.

Qeyd edək ki, Hedland dəmir filizi ixracı üçün Avstraliyanın əsas limanıdır. Limanın yük dövriyyəsi 2024-cü ildə 576,8 milyon ton (+3,7%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır