Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-16,
Seanews
Heyder Eliyev

Sinqapur limanına 5% az, cəmi 10 558 gəmi yan alıb

2025-ci ilin yanvar-aprel aylarında Sinqapur limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% azalaraq 197,6 milyon tona düşüb.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 29% azalaraq 50 milyon ton, toplu yüklərin işlənməsi isə 10% artaraq 10,2 milyon ton təşkil edib.

Limanın konteyner dövriyyəsi 14,2 milyon TEU olub ki, bu da  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artım deməkdir.

2025-ci ilin aprel ayında limanın yük dövriyyəsi illik müqayisədə 8,5% azalaraq 49,47 milyon ton, konteyner dövriyyəsi 7% artaraq 3,6 milyon TEU təşkil edib. Limana gözlənildiyindən  5%  az - 10 558 gəmi yan alıb.

Sinqapur Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlətdir. 2024-cü ildə Sinqapur limanının yük dövriyyəsi 622,7 milyon ton (+5,2%), konteyner dövriyyəsi 41,1 milyon TEU (+5,4%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır