Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Konteyner daşıyıcıları Çin-ABŞ marşrutlarını ləğv edirlər

Böyük konteyner daşıma şirkətləri ABŞ prezident Donald Trampın tarifləri artırması səbəbindən Çin və ABŞ arasında həftəlik ən azı altı planlaşdırılmış marşrutu dayandırır.

“Seanews.az” “Reuters”-a istinadən xəbər verir ki, həftəlik konteyner çatdırma həcmləri 25 682 40 fut və ya ildə 1,3 milyon FEU azalacaq.

Dayandırılma “MSC”,” Zim” və “Ocean Alliance” gəmiçilik şirkətləri tərəfindən müntəzəm reallaşdırılan həftəlik səfərlərə təsir edəcək. Eyni zamanda, “Maersk” və “Hapag-Lloyds” səfərlərin sayını saxlasalar da, aprel ayında onlar daha kiçik tutumlu konteyner gəmilərindən istifadə etmək məcburiyyətində qaldılar.

Daşımanın azaldılması ABŞ-ın Qərb və Şərq sahilləri və Meksika körfəzi sahillərindəki limanlara təsir edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır