Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-12,
Seanews
Heyder Eliyev

Riqa limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azalıb

2025-ci ilin yanvar-mart aylarında Latviyanın Riqa limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azalaraq 4,35 milyon tona düşüb.

“Seanews.az” xəbər verir ki, toplu yüklərin aşırılması 16,1% azalaraq 2,1 milyon tona düşüb. Ümumi yüklərin aşırılması 1,96 milyon ton (-3%), konteynerlərin aşırılması 125,8 min TEU (-2,2%) azalıb.

Maye yüklərin aşırılmasında 49% artım qeydə alınıb və 312 min ton təşkil edib. Bunun da 258 min tonu neft məhsulları (+55,7%) olub.

Hesabat dövründə Riqa limanında 1292 sərnişin daşınıb. 2024-cü ilin yanvar-mart aylarında limanda heç bir kruiz gəmisinə xidmət göstərilməyib.

Daha əvvəl xəbər verilmişdi ki, Riqa limanının administrasiyası 2025-ci ildə infrastruktur layihələrinin həyata keçirilməsinə investisiyaların həcmini 17% artıraraq 7,43 milyon avroya çatdırmağı planlaşdırır.

Dauqava çayı (Qərbi Dvina)  üzərində yerləşən Riqa Azad Limanınınümumi sahəsi təxminən 6,3 min hektar, yanalma körpülərinin uzunluğu 13,8 min metr, gəmilərin maksimal suya oturumu 12,2 metrdir.

Qeyd edək ki, 2024-cü ildə limanın yük dövriyyəsi 18 milyon ton (-3,9%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır