Hamina-Kotka limanının yük dövriyyəsi 18,7%, konteyner dövriyyəsi 35,6% artıb
2025-ci ilin yanvar-aprel aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 4,79 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə 3,41 milyon ton ixrac yükləri aşırılıb ki, bu da 28,2% artım deməkdir.
İdxal üçün 1,38 milyon ton (+0,3%) yük aşırılıb.
Tranzit daşıma 40,5% artımla 1,19 milyon tona çatıb. Kabotaj yüklərinin aşırılmasında 57,6% azalma qeydə alınıb və 10,46 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 35,6% artaraq 232,13 min TEU təşkil edib.
Birinci rübdə limana yük əməliyyatları üçün 752 gəmi yan alıb ki, bu da keçən ilin müvafiq dövründən 17,3% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır