Qazaxıstan taxılı Liepaya limanından gəmilərlə Mərakeşə daşınır
Qazaxıstan taxılının ilk partiyası Mərakeş Krallığına göndərilib. 105 maşın yükü həcmində taxıl Latviya ərazisindən dəmir yolu ilə daşınır.
“Seanews.az” xəbər verir ki, Liepaya limanında taxıl dəniz gəmilərinə vurulacaq və buradan Şimali Afrika sahillərinə çatdırılacaq.
Ümumilikdə ölkənin şimal bölgəsində istehsal olunan taxılla yüklənmiş 17 qatarın bu istiqamətə yola salınması nəzərdə tutulub.
Tədarükün ümumi həcmi 60 min ton təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır