Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Latviyanın ikinci ən böyük limanında 2,38 milyon ton müxtəlif yüklər aşırılıb

2025-ci ilin yanvar-mart aylarında dərin sulu Ventspils limanının terminallarında 2,38 milyon ton müxtəlif yüklər aşırılıb ki, bu da illik müqayisədə 1,5% çoxdur.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə aşırılan yüklərin həcminə görə neft məhsulları üstünlük təşkil edib: 1,3 milyon ton və ən böyük artım da neft məhsullarının aşırılmasında qeydə alınıb: 79%.

İqtisadi tənəzzül dövründən sonra Skandinaviya bazarı tədricən sabitləşməyə başlayır ki, bu da Latviya-İsveç bərə xəttinin nəticələrinə təsir edib. Burada yükaşırmalarda artım 22% təşkil edib.

Qeyd edək ki, Ventspils Azad Limanı yük dövriyyəsinə görə Latviyanın ikinci ən böyük limanı və ölkənin iri sənaye mərkəzlərindən biridir. 2024-cü ildə limanda 8,23 milyon ton yük aşırılmışdı ki, bu da 2023-cü illə müqayisədə 21% az deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır