Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

Şanxay limanında 534,1 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-noyabr aylarında Çinin Şanxay limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6% artaraq 534,1 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə konteyner dövriyyəsi 6,7% artaraq 47,38 milyon TEU olub.

Noyabrda isə limanın yük dövriyyəsi 45,29 milyon ton (illiklə müqayisədə -6%), konteyner dövriyyəsi 4,13 milyon TEU (illiklə müqayisədə -1,8%) təşkil edib.

“Portnews.ru” xatırladır ki, Şanxay ilə Rusiyanın bir sıra limanları arasında birbaşa dəniz xətləri mövcuddur. Xüsusilə, Sankt-Peterburq və Şanxay birbaşa konteyner xidməti “Aurora Line” ilə birləşir və 2023-cü ildə Şimal Dəniz Marşrutu ilə Arxangelskdən Şanxaya ilk səfər təşkil edilib. 2024-cü ildə “NewNew Shipping Line” Şimal Dəniz Marşrutu boyunca Çinin Şanxay və Ninbo limanlarını Arxangelsk ilə birləşdirən yeni xidmətini işə salıb.

Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanda 563,5 milyon ton yük, 49,1 milyon TEU konteyner aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır