Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

“Adani Group”-un yük dövriyyəsi avqust ayında artıb

Hindistanın ən böyük özəl liman və logistika şirkəti olan “Adani Ports & Special Economic Zone” (“APSEZ”, “Adani” şirkətlər qrupuna daxildir) limanlarında ümumi yük dövriyyəsi 2024-cü ilin avqust ayında 36,1 milyon ton təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə “India Shipping News” məlumat yayıb.

Qeyd olunur ki, Mundra limanı və Tuna terminalında bütün əməliyyatlar Kuç bölgəsindəki əlverişsiz hava şəraiti ilə əlaqədar dörd gün müddətinə dayandırılmasına baxmayaraq, həcmlərdə artım əldə edilib. Ümumi yük dövriyyəsinin artmasına konteynerlərin aşırılmasının 11% artması təsir göstərib.

Ən yüksək yük dövriyyəsinə Kattupallı limanında nail olunub - 1,4 milyon ton.

Cari maliyyə ilinin ilk beş ayında (2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər) “APSEZ” limanları və terminalları ümumilikdə 182,4 milyon ton (+7%) aşırılıb. Artım əsasən konteynerlərin (+17%), maye yüklərin və qazın (+7%) aşırılmasının artması hesabına baş verib.

2024-cü ilin aprel-avqust aylarında dəmir yolu daşımalarının həcmi eyni dövrlə müqayisədə 13% artaraq 0,26 milyon TEU olub.

Hindistan liman operatoru “APSEZ” “Adani” şirkətlər qrupuna daxildir. “Adani Group” Mundra və Dahej (Hindistan) və Abbot Point (Avstraliya) limanlarında terminallara sahibdir və onları idarə edir. Hazira, Mormugao, Visakhapatnam və Kandla (Hindistan) və Dudgeon Point (Avstraliya) limanlarında da terminallar tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır