Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Hamburq limanına yan alan iri konteyner gəmilərinin sayı Qırmızı dənizdəki böhrana görə azalıb

Hamburq limanının konteyner dövriyyəsi 2024-cü ilin birinci yarısında 3,8 milyon TEU təşkil edib ki, bu da bir il əvvəlkindən 0,3% azdır. Yüklənmiş konteynerlərin həcmi 0,5% artaraq 3,4 milyon TEU-ya çatıb.

Bu barədə “Seanews.az” “Hafen Hamburg Marketing”-a istinadən məlumat verir.

Hamburqun əsas ticarət tərəfdaşı Çin olaraq qalır; amma bu istiqamətdə konteyner axını 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,2% azdır.

Türkiyə (+26,7%), Malayziya (+14,7%) və ABŞ (+9%) ilə konteyner dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Hamburqa yan alan konteyner gəmlərinin sayı ilin birinci yarısında təxminən 1% artıb. Artım əsasən kiçik və orta ölçülü konteyner gəmiləri hesabına baş verib, ötən illə müqayisədə tutumu 10 min TEU-dan çox olan gəmilərin sayı isə daha az olub. “Hafen Hamburg Marketing” iri konteyner gəmilərinin sayının azalmasını Qırmızı dənizdəki böhranla əlaqələndirir.

Adi ümumi yüklərin aşırılması 4,3% artaraq 585 min tona çatıb. Kömür dövriyyəsi 11,8%, ümumi yük axını isə 12,1% azalaraq 16,7 milyon tona düşüb.

Hamburq limanında 2023-cü ilin birinci yarısında 55,9 milyon yük aşırılıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% az deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır