Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Polşanın dəniz limanlarının yük dövriyyəsi azalıb

2024-cü ilin ilk altı ayında Polşa dəniz limanlarının ümumi yük dövriyyəsi 67,75 milyon ton yük təşkil edib ki, bu da bir il əvvəlkindən 8,65% azdır.

“Seanews.az” xəbər verir ki, bu barədə “Actia Forum” yazır.

Nəşrin məlumatına görə, ilin birinci yarısında ölkənin bütün limanlarında dövriyyə azalıb. Çetsin-Svinoustye limanında 15,9 milyon ton yük işlənib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12% azdır. Kömürün həcminin 67% azalaraq 618 min tona düşməsi limanın ümumi nəticələrinə mənfi təsir göstərib.

Qdansk limanında ilin birinci yarısında 7,7% az -  38 milyon ton yük aşırılıb. Azalma həm də kömürün aşırılması həcmlərinin 3,3 milyon tonadək (-62%) kəskin azalması ilə bağlı olub.

Aprel ayında tətbiq edilən idxal qadağası səbəbindən Polşa limanlarında kömür aşırılması həcmi azalıb. Bütövlükdə ölkə üzrə ilin birinci yarısında kömür idxalı 63%, filiz tədarükü yarıdan çox, taxta tədarükü isə 20% azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır