

Hamina-Kotka limanının yük dövriyyəsi 10,3% azalıb
2024-cü ilin yanvar-iyul aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azalaraq 7,99 milyon tona düşüb.
“Seanews.az” xəbər verir ki, ixrac yüklərinin aşırılması 11,2% azalaraq 5,12 milyon ton, idxal edilən yüklərin aşırılması 8,6% azalaraq 2,87 milyon ton təşkil edib.
Tranzit daşıma 28,3% azalaraq 1,45 milyon ton, kabotaj yüklərinin işlənməsi 29,7% azalaraq 116,57 min ton olub.
Limanın konteyner dövriyyəsi 335,38 min TEU təşkil edib ki, bu da 5,7% azalma deməkdir.
Hesabat dövründə limana proqnozlaşdırıldığından 7,9% az – 1305 gəmi yan alıb.
Qeyd edək ki, 2023-cü ildə limanın yük dövriyyəsi 14,12 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır