2024-cü ilin yanvar-iyul aylarında Sinqapur limanında yük dövriyyəsi 7% artıb
2024-cü ilin yanvar-iyul aylarında Sinqapur limanında 366,87 milyon ton yük işlənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.
“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 4,9% artaraq 117,46 milyon tona, toplu yüklərin aşırılması isə 35,1% artaraq 17,3 milyon tona çatıb.
Ümumi qabsız yüklərin işlənməsi hesabat dövründə 4,5% azalaraq 14,7 milyon tona düşüb.
Limanın konteyner dövriyyəsi 6% artaraq 23,82 milyon TEU olub.
Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanının yük dövriyyəsi 591,7 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır