Türkiyə limanları ilə daşınan kimyəvi məhsullarının həcmi açıqlanıb
Bu ilin yanvar-may ayında Türkiyə limanlarından 6 milyon 567 min 544 ton kimyəvi məhsul daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazilikdən bildiriblər ki, daşınan yüklərin 681 min 318 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 5 milyon 886 min 226 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
“Bu ilin may ayında Türkiyə limanlarından tranzit olaraq 1 025 ton kimyəvi məhsul daşınıb” - deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2024-cü ilin mayında Türkiyə limanları 34 milyon 717 min 959 ton yük qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır