Valensiya limanının konteyner dövriyyəsi artaraq 2,2 milyon TEU-ya çatıb
2024-cü ilin yanvar-may aylarında İspaniyanın Valensiya limanının ümumi yük dövriyyəsi 33,77 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 6% çoxdur.
“Seanews.az” xəbər verir ki, beş ayın yekunlarına əsasən, limanda aşırılan konteyner yüklərinin həcmi 12,4% artaraq 2,2 milyon TEU-ya çatıb.
Nəqliyyat vasitələri və avadanlıqların aşırılması 7,3 faiz, çuqun və poladın işlənməsi 5,5 faiz, qeyri-metal faydalı qazıntıların aşırılması 19,8 faiz, gübrə aşırılması 14,5 faiz, kimya məhsullarının işlənməsi 11,5 faiz, kənd təsərrüfatı ərzaq məhsullarının aşırılması 7,6 faiz artıb. Bununla yanaşı, enerji ehtiyatlarının aşırılması 43,5 faiz, tikinti materiallarının işlənməsi 0,61 faiz azalıb.
Ro-Ro yüklərinin aşırması həcmi 6,7%, intermodal yüklərin aşırılması həcmi isə 8,9% artıb.
Bu ilin may ayında Valensiya limanının konteyner terminalları 2023-cü ilin may ayı ilə müqayisədə 12% artımla 516,674 TEU işləyib.
Son bir ayda ixrac konteynerlərinin aşırılması 2,7%, idxal konteynerlərinin aşırılması 0,5% artıb.