

Mahaçqala dəniz limanında yüklərin aşırılmasında artım qeydə alınıb
Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb.
“Seanews.az” xəbər verir ki, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub.
Quru yüklərin aşırılmasında 27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin taxıl, sement, mineral gübrələr və balıqçılıq məhsulları üstünlük təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır