Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Avstraliyanın əsas limanından 181,32 milyon ton dəmir filizi ixrac edilib

2024-cü ilin yanvar-aprel aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 2,9% azalaraq 183,4 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, yanvar-aprel aylarında liman vasitəsilə 181,32 milyon ton dəmir filizi ixrac edilib.

Filiz əsasən Çinə göndərilib. Bundan əlavə, Vyetnam, İndoneziya, Tayvan və Cənubi Koreyaya da daşımalar həyata keçirilib.

Hedland dəmir filizi ixracı üçün Avstraliyanın əsas limanıdır. Limanının yük dövriyyəsi 2023-cü ildə 2% azalaraq 555,9 milyon tona düşmüşdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır