Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Yanvar-martda Hamina-Kotka limanına yük əməliyyatları üçün cəmi 465 gəmi yan alıb

2024-cü ilin yanvar-mart aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 24% azalaraq 2,89 milyon tona düşüb.

Seanews.az xəbər verir ki, ixrac yüklərinin aşırılması 18,1% azalaraq 1,96 milyon ton, idxal yüklərinin aşırılması 34% azalaraq 931,44 min ton təşkil edib.

Tranzit daşıma 18,8% (628,17 min ton) azalıb. Kabotaj  yüklərinin aşırılmasının həcmi 95,4% azalaraq 3 min ton olub.

Limanın konteyner dövriyyəsi 126,51 min TEU təşkil edib ki, bu da 10,9% az deməkdir.

Yanvar-mart aylarında Hamina-Kotka limanına yük əməliyyatları üçün proqnozlaşdırılandan  22,6% az – cəmi  465 gəmi yan alıb.

Qeyd edək ki, 2023-cü ildə limanın yük dövriyyəsi 14,12 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır