Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Sokço və Vladivostok limanları arasında beynəlxalq avtomobil bərəsi fəaliyyətini dayandırıb

Vladivostok - Sokço (Koreya Respublikası) beynəlxalq xəttində avtomobil bərəsinin fəaliyyəti üç aylıq istismardan sonra dayandırılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “G1” portalına istinadən Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinin “Teleqram” kanalında məlumat yer alıb.

“Sokço və Vladivostok limanları arasında beynəlxalq avtomobil bərə səfərləri başlayandan üç ay sonra ciddi idarəetmə çətinlikləri, o cümlədən heyətin iki aylıq əmək haqqını ödəyə bilməməsi səbəbindən fəaliyyətini dayandırıb. Gəmi operatoru keçən ayın sonuna kimi layihəyə yeni investorlar cəlb etməyi və əməliyyat vəsaitlərini daxil etməyi planlaşdırırdı, lakin bu, baş vermədi. Aprel ayından şimal marşrutu üzrə işlərin perspektivləri qeyri-müəyyəndir”, - məlumatda deyilir.

Eyni zamanda, operator şirkətinin saytında bildirilir ki, xətt üzrə səfərlərin bərpası aprelin 22-nə nəzərdə tutulub. "Oriental Pearl VI” dokdan çıxdıqdan sonra ilk səfərini 22 aprel 2024-cü ildə Sokço limanından həyata keçirəcək.

“PortNews-un daha əvvəl xəbər verdiyi kimi, Vladivostok - Sokço (Koreya Respublikası) bərə xəttinin açılışı 10 illik fasilədən sonra 9 dekabr 2023-cü ildə baş tutdu. Xəttdə “Oriental Pearl VI” yük-sərnişin bərəsini idarə edən gəmiçilik şirkəti “JS Shipping” daha sonra gəminin müntəzəm olaraq həftədə iki səfər edəcəyini açıqladı.

Yada salaq ki, Vladivostok və Sokço arasında daşıma əvvəllər “Stenada Line” şirkətinin “New Blue Ocean” gəmisi tərəfindən həyata keçirilirdi, lakin gömrük rəsmiləşdirilməsində çətinliklər, eləcə də beynəlxalq münasibətlərin pisləşməsi və daşımaların azalması səbəbindən, xidmət dəfələrlə dayandırıldı və 2014-cü ilin iyun ayında tamamilə ləğv edildi.

Rusiyanın Primorsk diyarı ilə Çinin üç şimal-şərq əyalətini birləşdirən marşrut Cənubi Koreyanın Sokço limanından keçir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır