Honkonq limanının konteyner dövriyyəsi azalıb
Çinin Honkonq limanının konteyner dövriyyəsi 2023-cü ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% azalaraq 14,3 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə yükaşırma 14,3% azalaraq 11 milyon TEU təşkil edib.
Hesabat dövründə digər liman terminalları vasitəsilə yükaşırmalar 13,2% azalaraq 3,31 milyon TEU təşkil edib.
Dünyanın ən böyük limanlarından biri olan Honkonqa ildə 456 min gəmi yan alır. 2022-ci ildə Honkonq limanında konteyner dövriyyəsi 6,9% azalaraq 16,6 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır