Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Süveyş kanalının gəliri Qırmızı dənizdəki vəziyyətə görə azalıb

2024-cü ilin 1-11 yanvar tarixləri arasında Süveyş kanalının gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 40% azalıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin (SCA) rəhbəri Usamə Rabia bildirib. Onun sözlərinə görə, buna əsas səbəb Qırmızı dənizdə vəziyyətin pisləşməsi olub.

Bu müddət ərzində kanaldan keçən gəmilərin sayı 30% azalmaqla 544-ə düşüb, yüklərin tonajı isə 41% azalıb.

Usamə Rabia qeyd edib ki, bəzi gəmi xətlərinin Süveyş kanalından Ümid burnuna istiqamətini dəyişdirmək qərarı marşrut vaxtını 10-15 gündən çox artırıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır