Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Los-Anceles limanında ildə 190 milyon ton yük aşırmaq olar

2023-cü ilin yanvar-iyul aylarında limanın ümumi konteyner dövriyyəsi 4,82 milyon TEU təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24% azdır.

“Seanews.az”-ın məlumatına görə, 2023-cü ilin iyul ayında ümumi konteyner dövriyyəsi keçən ilin iyul ayı ilə müqayisədə 27% az - 684 291 TEU təşkil edib.

2023-cü ilin iyul ayında dolu idxal konteynerlərinin işlənməsi illik müqayisədə 25% azalaraq 364 208 TEU, dolu ixrac konteynerlərinin aşırılmasının həcmi isə əksinə, 6% artaraq 110 372 TEU olub. Keçən ay 209 710 TEU boş konteyner (mənfi 39%) aşırılıb. Bu, Asiya limanlarında boş konteynerlərə tələbatın azalması ilə bağlıdır.

3,5 min hektar ərazidə qalaq, dənəvər və maye yüklərin, konteynerlərin və avtonəqliyyat vasitələrinin, habelə qarışıq yüklərin aşırılması üçün 27 terminal var. Bu terminallarda ildə 190 milyon tona qədər yük aşırmaq olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır