Sinqapur limanında 291 milyon ton yük aşırılıb
2023-cü ilin yanvar-iyun aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 291 milyon tona çatıb.
Liman administrasiyasının məlumatına görə, neft məhsullarının aşırılması 1,6% azalaraq 91,15 milyon ton, toplu yüklərin işlənməsi 15,8% artaraq 11,12 milyon ton təşkil edib.
Hesabat dövründə limanın konteyner dövriyyəsi 19 milyon TEU olub ki, bu da 3,2% artım deməkdir.
Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanında 577,7 milyon ton yük aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır