Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ukraynanın taxıl yüklü daha üç gəmisi Odessa limanlarından yola düşüb

Martın 27-də Ukraynanın ərzaq məhsulları yüklənmiş daha üç gəmisi “Taxıl dəhlizi” vasitəsilə Odessa limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 54,6 min ton kənd təsərrüfatı məhsulu var və onlar Banqladeşə yola salınıb.

Hazırda Odessa limanlarında 19 gəmi yüklənmə mərhələsindədir. Onlara 680 min ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənəcək.

İndiyədək “Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 25,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

Avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün ümumilikdə 848 gəmi ilə kənd təsərrüfatı məhsulları daşınıb.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanından yola çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır