Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Aralıq dənizinin ən böyük yükaşırma müəssisəsi Avropanın beşinci ən işlək dəniz limanıdır

İspaniyanın Valensiya limanında 2023-cü ilin yanvar ayında 5,7 milyon ton yük aşırılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,95% azdır.

“Seanews.az”-ın məlumatına görə, digər Avropa limanlarında olduğu kimi, konteyner aşırılmaları üzrə ixtisaslaşan İspaniya limanında da yanvar ayında konteyner həcmlərində azalma müşahidə olunub. Ay ərzində burada 343,7 min TEU işlənib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,57% azdır.

Maye yüklərin aşırılmasının həcmi 13,8 faiz, toplu yüklərin aşırılmasının həcmi isə 21,4 faiz artıb.

Yanvarda Valensiya və Saqunto terminallarında 46,9 min avtomobil aşırılıb ki, bu da 2022-ci ilin əvvəli ilə müqayisədə 8,6% çoxdur. Ro-Ro yüklərinin həcmi 997 min tona çatıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7,9% artım deməkdir.

Yanvarda da əvvəlki kimi, İtaliya Valensiya limanının əsas tərəfdaşı olub. Bu ölkə ilə ticarət dövriyyəsi 536 min ton (+1,37%) təşkil edib.

İkinci yerdə 511 min ton (-19,6%) yük ilə ABŞ qərarlaşıb.

Çinlə ticarətin həcmi 36% azalaraq 380 min tona düşüb.

Konteynerlərin ümumi həcminə görə Çin öndə olmaqda davam edir: 31,9 min TEU (-38,8%). Onu 30,3 min TEU (-21,44%) ilə ABŞ və 15,7 min TEU (+10,6%) ilə Hindistan izləyir.

İspaniya və Aralıq dənizinin ən böyük yükaşırma müəssisəsi olan Valensiya Avropanın beşinci ən işlək dəniz limanıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır