Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Yanvarda Türkiyə limanları 32 milyon tona yaxın yük qəbul edib

2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Bununla yanaşı, keçən ilin Türkiyə limanları 58 min 52 gəmi qəbul edib.

Məlumata görə, 2022-ci ildə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 40 min 131, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 17 min 921 olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır