Lider limanların konteyner dövriyyəsi azalıb
Bu ilin yanvar ayında Şanxayın konteyner dövriyyəsi 3,8 milyon TEU təşkil edib.
“Seanews.az”-ın məlumatına görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 12,6% az deməkdir. 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə konteyner dövriyyəsi 7,5% azalıb.
Yanvarda Sinqapurun konteyner dövriyyəsi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,8% azalaraq 2,99 milyon TEU təşkil edib.
Əvvəlki ayla müqayisədə isə Sinqapurun konteyner dövriyyəsi 8% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır