Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Kil kanalından 26 882 gəmi keçib

2022-ci ildə Almaniyanın Kil kanalı ilə 82,2 milyon ton yük daşınıb ki, bu da bir il əvvəlkindən 3,5% azdır.

Almaniya Federal Su Yolları və Gəmiçilik İdarəsinin məlumatına görə, ümumilikdə, 2022-ci ildə kanaldan 26 882 gəmi keçib (2021-ci ildə - 27 293 gəmi).

Kanalın xidmətindən 12 101 quru yük gəmisi, 6 708  tanker, 3 691 konteyner gəmisi və başqa gəmilər istifadə edib.

1353 səfər İsveç və Niderland, 775 səfərdə Hamburq və Danimarka limanları arasında yük daşıyan gəmilərin payına düşüb.

Sanksiyalara görə kanalla Rusiya limanlarına və limanlarından səfərlər kəskin şəkildə azalıb. Beləliklə, əgər 2021-ci ildə Kil kanalından 2771-dən çox gəmi keçmişdisə, 2022-ci ildə bu rəqəm 1420-ə düşüb. Daşınan yüklərin həcmi 14,2 milyon tondan 5,7 milyon tonadək (mənfi 60%) azalıb. Rusiya gəmiləri əsasən kənd təsərrüfatı məhsulları və enerji mənbələri daşıyıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır